Stadionlar Premyer Liqa oyunlarına hazırdır

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII tur oyunlarının keçiriləcəyi stadionlar tam hazır vəziyyətə gətirilib.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

O, sosial şəbəkə hesabında bütün 4 stadionun qardan təmizləndiyini bildirib.

Qeyd edək ki, bu gün XVII turda Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Azersun Arena"da "Qarabağ" "Səbail"i, Bank Respublika Arena"da isə "Sabah" "Keşlə"ni qəbul edəcək.