Stefano Piolinin yeni klubu bilindi

"Milan"dan ayrılandan sonra işsiz olan Stefano Piolinin yeni klubu məlum olub.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis "Əl-Nəsr"i çalışdıracaq.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə Pioli yaxın günlərdə Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, bu klubun əsas ulduzu Kriştianu Ronaldudur.