Sterlinq Şotlandiya klubuna keçə bilər
"Çelsi"nin ingiltərəli futbolçusu Rahim Sterlinq karyerasını Şotlandiyada davam etdirə bilər.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "Seltik" 30 yaşlı sağ cinah vingerini heyətinə qatmaq istəyir.
R.Sterlinqin dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, sözü gedən oyunçu ötən mövsümü "Arsenal"da icarə əsasında keçirib.