Sterlinq üçün 2 klubdan təklif var
"Çelsi"də heyətdən kənarlaşdırılan Rahim Sterlinq klubdan ayrılmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, "Fulhem" və "Kristal Pelas" 31 yaşlı sağ cinah vingerini heyətinə qatmağı planlaşdırır.
Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Sterlinq ötən mövsümü "Arsenal"da icarə əsasında keçirib.