Sterlinq üçün 3 klubdan təklif var

Ötən mövsümü "Arsenal"da icarə əsasında keçirən ingiltərəli futbolçu Rahim Sterlinq üçün 3 klubdan təklif var.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Vest Hem Yunayted", "Kristal Pelas" və "Fulhem" klubları Sterlinqi transfer etmək üçün yarışa girib.

Futbolçu müqavilə əsasında "Çelsi" klubuna məxsusdur. London klubunun rəhbərliyi 30 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir.

Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.