Stolüstü tennis üzrə ölkə turnirinin qalibləri müəyyənləşib
Sumqayıt şəhərində 2014-cü il təvəllüdlu və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib.
Sportline.az xəbər verir ki, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər.
100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb.
Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub.
Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.