Su İdmanı Sarayı "Winter’s Drop" açıq birinciliyini uğurla başa vurdu

Su İdmanı Sarayı "Winter’s Drop" açıq birinciliyi yarışını uğurla başa vurub.

Sportline.az xəbər verir ki, yarışda respublikamızın müxtəlif klubları iştirak edib: Abşeron OİK, KÜR OTİM, Qusar OİK, Şirvan,  Sumqayıt OİK, Grasiya Sport Klubu,  Ocaq Sport Klubu, Ocaq Hövsan, Masallı OİK, Qax OİK, Qəbələ OİK, RKİM, Sağan OİK, Ocaq Şamaxı, Zabrat İdman Klubu, Talaçay Kompleks, Ocaq Zaqatala, Zirə Mədəniyyət Mərkəzi. 

Bütün komandalar öz klublarını layiqli təmsil ediblər və yüksək səviyyədə çıxış ediblər. Su İdmanı Sarayı komandası bütün iştirakçıları görməyə şad olduğunu bildirib.

Su İdmanı Sarayının komandası rəhbərliyə, direktor Zaur Yaqubova və direktor müavini Novruz Novruzova belə miqyaslı yarışların təşkilinə şərait yaratdqları üçün təşəkkür edib.

Gimnastlardan ibarət Su İdmanı Sarayı komandası 24 qızıl, 14 gümüş, 3 bürünc medal qazanıb.

Əliyeva Elissa, Ağaverdiyeva Mədinə, Sadıxova Aminə, Salahova Əsmər, Məmmədli Aynel, Bayramova Məleykə, Fətəliyeva Fidan, Quliyeva Məryəm, Axundzadə Laya, Soğukpınar Nehir, Salamzadə Miray, Polina Yaqodko, Həsənəliyeva Miray, Hacıyeva Elif, Soltanova Melis, Qafarova Jasmin, Rzayeva Ahu, Əliyeva Banu, Həsənzadə Aminə, Kərimli Leyla mükafatçılar siyahısına düşüb.