Subaşiç komandası ilə vidalaşdı

Fransanın “Monako” klubu xorvatyalı qapıçısı Daniel Subaşiçlə vidalaşıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı qapıçı, başa çatan müqaviləsini yeniləməməyə qərar verib.

Qeyd edək ki, 2012-ci ildən "Monako"da çıxış edən 35 yaşlı futbolçu, bu komandanın heyətində 300-ə yaxın oyun keçirib.