Sulşer “Mançester Yunayted”ə qayıdır

Ole Qunnar Sulşerin adı yenidən “Mançester Yunayted”lə hallanır.

Sportline.az xəbər verir ki, İngiltərə klubunun Ruben Amorimlə yollarını ayırmasından sonra norveçli mütəxəssisin bu posta müvəqqəti əsasda hazır olduğu iddia edilib.

Ötən ilin avqust ayında “Beşiktaş”la yollarını ayırdıqdan sonra işsiz qalan Ole Qunnar Sulşer “Mançester Yunayted”in gündəminə düşüb.

Qeyd edək ki, 52 yaşlı mütəxəsis 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına qədər də “Mançester Yunayted”də baş məşqçi kimi çalışıb.