"Sumqayıt"ın futbolçusu başqa kluba keçir

Şəhriyar Əliyev "Sumqayıt"dan ayrılır.
 
Sportline.az xəbər verir ki, Fanat.Az-a daxil olan məlumata görə, 28 yaşlı müdafiəçi gənclik şəhərinin təmsilçisinin təklifini geri çevirib.
 
Səbəb isə Şəhriyərın yerli klubların birinin daha cəlbedici təklifinə "yox" deyə bilməməsi olub.
 
Qeyd edək ki, 28 yaşlı stoper 2018-ci ilin yayından "Sumqayıt"ın formasını geyinir.
 
O, əvvəllər "Kəpəz", "Qarabağ" və "Bakı" klublarında çıxış edib.