"Sumqayıt" heyətini qapıçı ilə gücləndirib
“Sumqayıt” klubu heyətini qapıçı ilə gücləndirib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü "Qəbələ"də keçirmiş Rəşad Əzizli ilə müqavilə imzalayıb.
Qolkiperlə müqavilənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. 30 yaşlı qapıçı 94 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeyros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.