"Sumqayıt" İrandan iki futbolçu aldı
“Sumqayıt” heyətini iki futbolçu ilə gücləndirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, “kimyaçılar” qonşu ölkə İranın Pro-liqasında çıxış edən “Traktorsazi” və “Perspolis”in oyunçularını heyətinə cəlb edib.
Belə ki, əslən azərbaycanlı olan İbrahim Abidnejad və Əfşin İsmailzadə ilə hər biri iki illik müqavilə imzalanıb.