"Sumqayıt" - Kamerun (U-23)
"Sumqayıt" klubu IV İslam Həmrəylik Oyunlarının iştirakçısı Kamerunun U-23 millisi ilə yoxlama oyunu keçirib.
SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Kapital Bank Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu oyunda “Sumqayıt”dan qolları Vurğun Hüseynov və Amil Yunanov vurub.