"Sumqayıt" "Qarabağ"ın futbolçusunu heyətinə qatdı
"Qarabağ" gənc futbolçu Azər Salahlını icarəyə verib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol cinah müdafiəçisi “Sumqayıt”a keçib.
O, qarşıdakı 1 ili icarə əsasında "gənclik şəhəri" təmsilçisində keçirəcək. Salahlı “Sumqayıt”ın Türkiyə toplanışına da qatılıb.
Qeyd edək ki, Azər Salahlı “Qarabağ”a ötən mövsümün əvvəlində transfer olunmuşdu.