"Sumqayıt" "Qəbələ"nin futbolçusunu tranfser etdi
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
SportLine.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda "Qəbələ"nin üzvü Yusif Nəbiyevi bir illiyinə icarəyə götürüb.
Adıçəkilən futbolçu "Sumqayıt"da 74 nömrəli formanı geyinəcək.