"Sumqayıt" Türkiyə klubu ilə heç-heçə etdi
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə 1-ci liqa təmsilçisi "Adana Dəmirspor"la qarşılaşıb.
Qızılcahamamda baş tutan görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yoxlama matçında “Əl-Xaley”ə (Səudiyyə Ərəbistanı) 1:3 hesabı ilə uduzan sumqayıtlılar təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək.