"Sumqayıt" Türkiyəyə yollanır

“Sumqayıt” 2016/2017 futbol mövsümü üçün hazırlığın birinci mərhələsini başa vurub. SportLine.az xəbər verir ki, bir günlük istirahətin ardından Samir Abasovun rəhbərlik etdiyi komanda Türkiyəyə yollanacaq.

Səfər iyulun 12-də baş tutacaq. "Kimyaçılar" iyulun 26-dək Bolu bölgəsində təlim-məşq toplanışı keçəcək.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi isə hələ ki, bəlli deyil.

Banner