"Sumqayıt" Vətənə qayıtdı
“Sumqayıt” Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Abasov komandaya 2 günlük istirahət verib.
“Gənclik şəhəri” təmsilçisi iyulun 29-dan etibarən "Kapital Bank Arena"da çempionatının yeni mövsümünün ilk turunda “Zirə” ilə keçiriləcək oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, “Sumqayıt”ın “Zirə” ilə görüşü rəqibin meydanında baş tutacaq.