"Sumqayıt" "Zirə" ilə qarşılaşacaq

Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək. SportLine.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi "Zirə" ilə qüvvəsini sınayacaq.

Çempionatın ötən mövsümündə gümüş medal qazanan “Zirə” ilə qarşılaşma sentyabrın 2-də baş tutacaq.

Qeyd edək ki, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. 

Banner