Sumqayıtda anşlaq gözlənilir

Misli Premyer Liqasının 12-ci turunun bu gün keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyununda anşlaq gözlənilir. 

Sportline.az xəbər verir ki,  artıq qarşılaşma üçün 7500 bilet satılıb.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun 10 min tamaşaçı tutumu var.

Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı 15:00-19:00 arası Mehdi Hüseynzadə adına stadionun kassasından almaq olar. 

Satışda məhdud sayda, yalnız 2 manatlıq biletlər qalıb.

Qeyd edək ki, oyun saat 19:00-da başlanacaq.