"Sumqayıt"da yeni futbolçular

"Sumqayıt" heyətinə iki futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, ötən mövsümün qış fasiləsində "Zirə"dən ayrıldıqdan sonra klubsuz qalan Elvin Məmmədov "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Məmmədov daha öncə 2018/19 mövsümündə "Sumqayıt"da çıxış etmişdi.

"Kimyaçılar" digər anlaşdığı futbolçu isə "Səbail"dən ayrılan Vüqar Bəybalayevdir. 26 yaşlı futbolçu ilə ilə 1 illik razılıq əldə edilib. Bəybalayev daha əvvəl 2017/18 mövsümündə "Sumqayıt"da oynamışdı.