"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt"da daha bir müqavilə qeyd alınıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rəhim Sadıxovun sözləşməsini uzadıb. 24 yaşlı yarımmüdafiəçinin 2020/2021 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Rəhim Sadıxov ötən mövsüm 20 oyunda 5 qol vurub, 1 assist edib.

"Sumqayıt" Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovun da müqavilələrini uzatmışdı.