"Sumqayıt"ın futbolçusu əməliyyat olundu

"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev bir müddət komandasına kömək edə bilməyəcək.

Sportline.az xəbər verir ki, Antalya toplanışında zədələnən 25 yaşlı yarımmüdafiəçi əməliyyat olunub.

Uğurlu əməliyyat keçirən futbolçunun hansı müddətə sıraya dönəcəyi hələlik bilinmir.
 
Qeyd edək ki, Vüqar bu mövsüm Premyer Liqada 13, ölkə kubokunda 3 oyuna çıxıb.