"Super Liqa"da yeni mövsümün başlayacağı tarix açıqlandı

Türkiyə "Super Liqa"sında 2016/2017 mövsümünün nə vaxt start götürəcəyi müəyyənləşib. SportLine.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yeni mövsümdə ilk tur 19-20-21-22 avqust tarixində oynanılacaq. İlk dövrəyə 24 dekabrda yekun vurulacaq. İkinci dövrə 7-8-9 yanvarda oynanılacaq görüşlərlə başlayacaq. Mövsüm isə 21 may 2017-ci il tarixində yekunlaşacaq. 

Türkiyə Kubokunun sahibi 28 may 2017-ci il tarixində keçiriləcək final matçında bəlli olacaq.