Superkubok ləğv olundu

Portuqaliya Futbol Federasiyası bu il keçirilməli olan ölkə superkubokunun ləğv olunduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Superkubok "Portu" və "Benfika" arasında keçirilməli idi.

Federasiya eyni zamanda ölkə kuboku ilə bağlı da qərar verib. Koronavirus səbəbindən qeyri-müəyyən müddətə kimi təxirə salınan turnirin avqustun 1-i, azarkeşsiz keçiriləcəyi  açıqlanıb. Koimbra şəhərindəki finalda "Benfika" və "Portu" üz-üzə gələcək.