Superliqa komandasında yeni baş məşqçi

Türkiyə Super Liqasında çıxış edən "Rizespor" komandasının yeni baş məşqçisi bəlli olub. 

Sportline.az "TRT Spor"a istinadən xəbər verir ki, əyalət təmsilçisi xorvatiyalı mütəxəssis Styepan Tomasa tapşırılıb. 

Tomas bu postda ötən gün istefa verən Ünal Karamanı əvəzləyib. O, hələ ki, mövsümün qalan hissəsində komandaya rəhbərlik edəcək. 

Qeyd edək ki, sona 2 tur qalmış "Rizəspor" 32 xalla 16-cı pillədə qərarlaşır.