Sven Botman "Nyukasl Yunayted"də qaldı
"Nyukasl Yunayted"in mərkəz müdafiəçisi Sven Botman klubdan ayrılmayacaq.
Sportline.az xəbər verir ki, 26 yaşlı stopper klubla müqavilə müddətini 2030-cu ilin yayına qədər uzadıb.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, S.Botmanın dəyəri 35 milyon avrodur.