"Synergy Baku" fəaliyyətini dayandırdı
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” fəaliyyətini dayandırıb.
Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən məlumat verilib. Komandanın işinə maddi problemlərə görə son verdiyi bildirilir. 2013-cu ildə təsis edilən “Synergy Baku” iki dəfə “Tour d`Azerbaidjan”ın və bir sıra beynəlxalq yarışların qalibi olub.
Qeyd edək ki, AVİF-in prezidenti keçmiş vergilər naziri Fazil Məmmədovdur.