Şikar Bədəlov dünya kəmərini müdafiə etmək üçün Türkiyədə döyüşə çıxacaq

Kikboks üzrə dünya kəmərinin sahibi Şikar Bədəlov növbəti döyüşə çıxır.

Sportline.az xəbər verir ki, idmançımız bu dəfə Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində əfqanıstanlı Əbdül Qəyyum Nəzəri ilə qarşılaşacaq. Qalib gələcəyi halda Bədəlov dünya kəmərini müdafiə edəcək.

Kikboks millimizin böyük məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi ilə görüşə hazırlaşan Bədəlov bu il iyun ayında Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxmışdı. İranlı İbrahim Xezai ilə qarşılaşan Şikar elə birinci raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub etmişdi. Həmin görüntüləri təqdim edirik: