Tedeskodan Ayaz Quliyev açıqlaması

Moskva "Spartak"ının Azərbaycan əsilli futbolçusu Ayaz Quliyevin taleyi qaranlıq olaraq qalır.
 
Sportline.az championat.ru-ya istinadən xəbər verir ki, ikinci komandaya göndərilən yarımümdafiəçinin, əsas komandaya dönüşü, hələ də, sual altındadır.
 
Baş məşqçi Domeniko Tedesko son açıqlamasında bunun mümkünlüyünü istisna etməyib: "Hazırda biz, Ayazı komandaya qaytarmağı düşünmürük. Amma, bunun nə vaxtsa baş verəcəyini də istisna etmirəm. Qapılarımız həmişə açıqdır. Kim bilir, sabah necə olacaq? ".
 
Xatırladaq ki, Ayaz Quliyev, intizamsızlığına görə, "Spartak 2"-ə göndərilib.