"Telekom" ÇL-də mübarizəyə başlayır
Qadınlardan ibarət "Telekom" voleybol komandası Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır. Sportline.az xəbər verir ki, "rabitəçilər" bu gün A qrupunda ilk görüşə çıxacaq. Komandamız İtaliyada "Konelyano"nun qonağı olacaq. Trevizo şəhərindəki "Palaverde Villorba" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. Qarşılaşmanı belçikalı Arturo Di Qyakomo ilə rusiyalı Andrey Zenoviç idarə edəcək. "Telekom"un yer aldığı qrupun digər oyununda Polşanın "Ximik" klubu İtaliya "Modena"sını sınağa çəkəcək.
Çempionlar Liqasının qrup mərhələsində digər təmsilçimiz - "Azərreyl" isə ilk görüşünü sabah Bakıda Polşanın MKS komandasına qarşı keçirəcək.