"Telekom"un növbəti məğlubiyyəti
Qadın voleybolçuların Çempionlar Liqasında III turun oyunları davam edir. Sportline.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən olan “Telekom” I dövrənin son matçında da məğlubiyyətlə barışıb. İtaliyada “Modena”nın qonağı olan komandamız 0:3 hesabı ilə uduzub. İlk dövrəni xalsız başa vuran Zoran Qayiçin kollektivi A qrupunun son pilləsində qərarlaşıb. Qrupun digər qarşılaşmasında Polşa "Ximik"i İtaliya "Konegliano"suna məğlub olub. 2-3
Çempionlar Liqası
III tur
A qrupu
“Modena” (İtaliya) – “Telekom” (Azərbaycan) - 3:0 (25:20, 25:16, 26:24)