"Telekom"un növbəti sınağı
Bu gün qadın voleybolçuların Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar olacaq. Sportline.az xəbər verir ki, təmsilçimiz“Telekom” IV turda İtaliya “Modena”sını qəbul edəcək. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək görüşdə Zoran Qayiçin komandası mütləq qələbə çalmalıdır. Əks halda, "Telekom" pley-off mərhələsinə yüksəlmək şansını itirəcək.
Çempionlar Liqası
A qrupu, IV tur
8 fevral
Bakı. “Sərhədçi” İdman Olimpiya Mərkəzi
17:00. “Telekom” (Azərbaycan) – “Modena” (İtaliya)
Hakimlər: Stefan Qrider (İsveçrə), Tudor Pop (Rumıniya)
1."Modena" (İtaliya) - 8, 2."Konelyano" (İtaliya) - 6, 3."Ximik" (Polşa) - 4, 4."Telekom" (Azərbaycan) - 0.