Ten Haqın son şansı

“Mançester Yunayted”in niderlandlı çalışdırıcısı Erik Ten Haq klubdan göndərilər bilər.

Sporline.az “Manchester Evening News” qəzetinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi həftəsonu oynanılacaq “Aston Villa” matçında mümkün məğlubiyyət halında niderlandlı çalışdırıcı ilə yollarını ayıracaqını açıqlayıb.

Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm Erik Ten Haq rəhbərliyi altında Premyer Liqada 6 oyundan sonra 7 xalla 13-cü pillədə qərarlaşır.