Tennisçilərimiz beynəlxalq turnirə qələbə ilə başladılar

Bakı Tennis Akademiyasında beynəlxalq yarışın ikinci mərhələsi davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirinin ikinci mərhələsində Tamerlan Əzizovla Kənan Qasımov qalib gəldiyi halda, Elvin Həşimov məğlub olub.

Bakı Tennis Akademiyasında keçirilən turnir dekabrın 11-də başa çatacaq.