Teo Uiks Dodonu keçdi
Teo Uiks adını "Qəbələ"nin tarixinə yazıb. SportLine.az xəbər verir ki, liberiyalı futbolçu avrokuboklarda vurduğu qolların sayını 5-ə çatdırmaqla "radarlar"ın tarixində ən yaxşı göstəriciyə imza atıb. Hücumçu bu göstəricidə Dodonu arxada qoyub.
Qeyd edək ki, Teo bütün qollarını cari mövsümdə vurub. O, I təsnifat mərhələsinin “Samtredia” ilə ev oyununda 3, səfər matçında 1 qol vurub.
Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuranlar
1. Reynaldo – 10
2-3. Rəşad Sadiqov, Riçard Almeyda – 7
4-5. Baçana Sxadadze, Əfran İsmayılov – 6
6-9. Julius Vobay, Rəşad Sadıqov, Vüqar Nadirov, Teo Uiks - 5