Ter Ştegen "Ayaks" yolunda
"Barselona"nın qapıçısı Mark Andre ter Ştegen karyerasını Niderland çempionatında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Ayaks" 34 yaşlı kiperi heyətinə qatmaq niyyətindədir.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, Ter Ştegenin Kataloniya təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.