Teymur Rəcəbov dünya kubokunun qalibidir

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altıncı "tay-breyk" görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib.

Altıncı duel Rəcəbovun qələbəsi ilə bitib və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub - 6:4. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.