Tiaqo Silva Avropa futboluna qayıdır

Tiaqo Silva karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, Tiaqo Silva karyerasında yeni mərhələyə başlamaq üçün komandadan ayrılmaq qərarı verib.

Fabrizio Romanonun məlumatına görə, 41 yaşlı futbolçu 2026 Dünya Çempionatını əsas hədəf kimi görür və bu məqsədlə Braziliyadan ayrılmağı planlaşdırır.

Bildirilir ki, Tiaqo Silva yanvar ayından etibarən azad agent statusunda olacaq. Onun əsas prioriteti isə Avropaya qayıdışdır.