Tiaqo Silva "Milan"a qayıda bilər
"Fluminense"dən azad agent kimi ayrılan Tiaqo Silva karyerasını "Milan"da davam etdirə bilər.
Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, "rossonerilər" 41 yaşlı stopperi heyətinə qatmaq niyyətindədir.
Brazilya millisinin sabiq futbolçusu İtaliya klubuna transfer olmağa isti yanaşır.
Qeyd edək ki, Tiaqo Silva 2009-2012-ci illər ərzində "Milan"da çıxış edib.