Ticani Reynders üçün 50 milyon

"Milan"ın niderlandlı futbolçusu Ticani Reynders üçün yeni təklif var.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" klubu Ticani Reynders üçün "Milan"a 50 milyon avro ödəməyə hazırdır. "Milan"ın rəhbərliyi Reyndersin klub üçün önəmli futbolçu olduğunu düşünür. 

Bu səbəbdən "Milan" təklifi rədd edib.

Qeyd edək ki, Reyndersin İtaliya klubu ilə müaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

26 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 22 matçda 8 qol və 2 asistlə yadda qalıb.