Timo Verner "Çelsi"də

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi Almaniya "Leyptsiq"indən Timo Verneri transfer edib. 24 yaşlı almaniyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Keçidin digər detalları açıqlanmayıb. Forvard tibbi müayinədən sonra iyulda "Çelsi"yə qoşulacaq. 

Qeyd edək ki, Timo Verner 2019/2020 mövsümündə "Leyptsiq"in heyətində 43 oyun keçirib, 32 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.