Timo Verner karyerasını MLS-də davam etdirəcək

"Tottenhem"də icarə əsasında çıxış edən Timo Verner karyerasını MLS-də davam etdirəcək.

Sportline.az insayder Santi Aounanın məlumatına istinadən xəbər verir ki, "Nyu York Red Bulls" klubu Verneri transfer etmək üçün hərəkətə keçib.

T.Verner müqavilə əsasında "Leipziq" klubuna məxsusdur.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Tottenhem"in heyətində çıxış etdiyi 26 matçda 1 qol və 3 asistlə yadda qalıb.