Tokio-2020 azarkeşsiz keçirilə bilər

Tokio-2020 Yay Olimpiya Oyunlarının azarkeşsiz keçirilmə ehtimalı var.

Sportline.az  xəbər verir ki, buna səbəb dünyada sürətlə yayılan koronavirus epidemiyasıdır.

İddiaya görə, hazırda yarışın yalnız televiziya vasitəsilə yayımlanması variantı nəzərdən keçirilir.

Bu həll yolu telekanallarla milyon dollarlıq müqavilələri təmin etməyə imkan verməklə yanaşı, tədbirlərin təxirə salınması və ya ləğv olunmasına altenativ hesab olunur.

Bundan əvvəl Oyunların Təşkilat Komitəsinin baş direktoru İqr Katsura Enye 24 iyul - 9 avqust tarixləri arasında keçiriləcək mötəbər yarışın koronavirusa görə təxirə salınmayacağını açıqlamışdı.

Qeyd edək ki, Yaponiyada koronavirusa 961 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib.