Tokio-2020: Azərbaycanın qadın bayraqdarı da açıqlandı
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.
Sportline.az xəbər verir ki, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.
Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.
Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.