Tokio 2020-nin təşkilat komitəsinin yeni rəhbəri müəyyənləşdi

Yaponiyanın Olimpiada və Paralimpiada üzrə naziri Seyko Hasimoto istefaya gedib.

Sportline.az xəbər verir ki, Hasimoto yerli mətbuata açıqlamasında ona "Tokio-2020"nin Təşkilat Komitəsinin rəhbəri vəzifəsi təklif olunduğunu bildirib. Bu səbəbdən, nazir belə bir addım atdığını söyləyib.

Hasimoto baş nazir Yoşihide Suqeyə istefa məktubunu təqdim etdiyini söyləyib. O, rəsmi qərar açıqlananadək danışmaq istəmədiyini vurğulayıb. Təşkilat Komitəsinin yeni rəhbəri baş nazirin onu dəstəklədiyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, fevralın 12-də Yosiro Mori Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri vəzifəsindən istefa verib. "Tokio - 2020" koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.