Tokio-2020: Növbəti qalmaqal
Bu gün Almaniya və Hondurasın olimpiya komandaları arasında keçirilən yoldaşlıq oyunu yarımçıq qalıb.
Sportline.az xəbər verir ki, matçın 85-ci dəqiqəsində - hesab 1:1 olarkən Almaniya millisi meydanı tərk edib.
Buna səbəb müdafiəçi Cordan Torunariqanın rəqib futbolçusu tərəfindən irqçiliyə məruz qalmasıdır. Bundan sonra Almaniya millisinin bütün üzvləri meydanı tərk edib.
Qeyd edək ki, Tokio-2020 Olimpiadasında Almaniya D qrupunda Braziliya, Fildişi Sahili və Səudiyyə Ərəbistanı milli komandaları ilə mübrizə aparacaq. Honduras B qrupunda Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya ilə oynayacaq. Olimpidada futbol oyunları iyulun 22-dən başlayır.