Tokio-2020 Olimpiya Oyunlarına daha 2 lisenziya

Azərbaycanın bədii gimnastlarının ardından kişi və qadın idman gimnastları da 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Sportline.az xəbər verir ki, onlar bu nailiyyətə Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatında imza atıblar.

Marina Nekrasova və İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, olimpiadaya vəsiqəni təmin ediblər. Nekrasovanın lisenziyası Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk olimpiya vəsiqəsidir. O, olimpiadada bu növ üzrə ilk dəfə mübarizə aparacaq.

Dünya çempionatında həmçinin kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Murad Ağarzayev və Nikita Simonov da iştirak ediblər.