Tokio 2020-yə start verildi

Tokio-2020 Yay Olimpiya Oyunlarına start verilib.

Sportline.az xəbər verir ki, softbol üzrə qadınlardan ibarət Yaponiya millisi Avstraliya seçməsi ilə üz-üzə gəlib.

Görüş Yaponiyanın 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, olimpiadanın açılış mərasimi iyulun 23-də olacaq. Ənənəvi olaraq bəzi yarışlar açılışdan əvvəl başlayır. 1996-cı ildən sonra ilk dəfə Yay Olimpiya Oyunlarının yarış proqramına futbolsuz start verilib.