Tokio Olimpiadası ilə bağlı daha bir həyəcan təbili
Koronavirusun peyvəndi tapılmasa, gələn il Tokio Yay Olimpiya Oyunlarının təşkili çətin olacaq.
Sportline.az xəbər verir ki, bu barədə Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Yositake Yokokura bildirib.
O deyib ki, effektiv peyvənd olmasa, olimpiadanı keçirmək çətin olacaq. Yokokure dərman və peyvədlərin hazırlanması üçün tələsməli olduqlarını əlavə edib: “Oyunların keçirilməyəcəyini söyləmirəm, ancaq çətin olacağını deyirəm”.
Bu ilin 24 iyul - 9 avqust tarixində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.